Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / “Eks-sevgilisi Qənirəni hoteldə gözlədiyini dedi, bıçaqladım”

“Eks-sevgilisi Qənirəni hoteldə gözlədiyini dedi, bıçaqladım”

Bu il yanvarın 2-də Türkiyənin Burdur əyalətinin Tefenni rayonunda mübahisə etdiyi 24 yaşlı azərbaycanlı sevgilisi Qənirə Cabbarovanı taksidə 55 dəfə bıçaqlayaraq öldürən Halil Acar hakim qarşısına çıxıb.

“ Azinforum.az ” ın “haberler.com”a istinadən verdiyi xəbərə görə, o, ifadəsində Cabbarova ilə hadisədən 4 ay öncə tanış olaraq sevgi münasibətləri qurduğunu bildirib:

“Kazinoda konsomatris (müştəriləri əyləndirən) kimi çalışırdı. Onunla orada tanış olduq, sevgili olduq. Ona maddi və mənəvi baxımdan dəstək oldum. Hadisə günü işlədiyi yerə getdim. Xeyli içki içdik. Keçmiş sevgililərindən söhbət açılanda mübahisə etdik, anası bizi barışdırdı. Yenə içməyə davam elədik. 

Daha sonra məkandan ayrılıb taksiyə mindik. Bu zaman keçmiş sevgililərindən biri Qənirəyə zəng edib onu hoteldə gözlədiyini dedi. Yenə mübahisə etməyə başladıq, bir-birimizi təhqir etdik, söydük. Özümü o anda itirdim və bıçaqlamağa başladım”.

24 yaşlı Acarın ağır şərtlərlə ömürlük həbs cəzasına məhkum edilməsi tələb edilir. Hakim ona müdafiəsi üçün vaxt verərək məhkəmə prosesini təxirə salıb.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …