Bazar , Yanvar 17 2021
Ana səhifə / Kriminal / DSMF nazirliyə niyə birləşdirildi? – Ekspert rəyi

DSMF nazirliyə niyə birləşdirildi? – Ekspert rəyi

Ötən gün Prezident İlham Əliyev əhalinin sosial müdafiəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında fərman imzalayıb.

Sənəd sosial müdafiə sahəsində vahid dövlət siyasətinin və səmərəli idarəetmənin həyata keçirilməsi, əhalinin sosial tələbatlarının ödənilməsində müasir informasiya texnologiyalarının tətbiqi ilə kompleks yanaşmanın gerçəkləşdirilməsi, o cümlədən əmək pensiyaları və digər sosial ödənişlərin təyinatının “bir pəncərə” prinsipi üzrə təşkilinin təmin edilməsi məqsədilə imzalanıb.

Fərmanla Dövlət Sosial Müdafiə Fondu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilib və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılıb.

İqtisadçı Vüqar Bayramov DSMF-nin nazirliyə birləşdirilməsinin düzgün addım olduğunu bildirib.
Ekspertin sözlərinə görə, DSMF-nin ayrıca qurum kimi qalmasına ehtiyac yox idi: “Dövlət Sosial Müdafiə Fondunun nazirlikə birləşdirilməsi yalnız büdcə vəsaitinə qənaət edilməsi baxımdan deyil, həmçinin bu sahədə idarəetmənin səmərəliliyinin artırılmasına və eləcə də sosial siyasətdə menecmentin əlaqələndirilməsinə səbəb ola bilər”.

İqtisadçı hesab edir ki, DSMF-nin birləşdirilməsindən sonra pensiya siyasəti hökümətin sosial siyasətinin daha sıx elementinə çevriləcək.

“Digər tərəfədən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Səlim Müslümovun rəhbərlik edəcəyini və eləcə də bu sahədə ixtisaslaşdığını nəzərə aldıqda, fondun nazirliyə birləşdirilməsi institutsional islahat olmaqla yanaşı eyni zaman çevik idarəetməyə imkan yarada bilər”-deyə V.Bayramov vurğulayıb.

Həmçinin oxuyun

Keçmiş deputat həbs oluna bilər – Vaxt verildi

Keçmiş deputat Rafael Cəbrayılov həbs təhlükəsi ilə üzləşib. Qaynarinfo-nun əldə etdiyi xəbər görə, yaxın günlərdə keçmiş …

Bir cavab yazın