Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / “Doyarka” kəsmiyində nöqsan aşkarlanıb – RƏSMİ

“Doyarka” kəsmiyində nöqsan aşkarlanıb – RƏSMİ

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında aparılan nəzarət tədbirləri zamanı Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov küçəsi, 5 ünvanında fəaliyyət göstərən fiziki şəxs Gülbala Qasımzadə tərəfindən istehsal olunan “Doyarka” adlı kəsmiyin etiketində onun saxlama temperaturunun düzgün göstərilmədiyi müəyyən olunub.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, saxlanma temperaturunun düzgün göstərilməməsi istehlakçıda çaşqınlıq yaratmaqla, məhsulun normativ sənədlərlə müəyyən edilmiş temperaturda saxlanılmamasına və nəticədə tərkibində insanların həyat və sağlamlığı üçün təhlükəli mikroorqanizmlərin miqdarının artmasına və keyfiyyətinin aşağı düşməsinə səbəb olur.

Bununla əlaqədar istehsal olunan məhsulların markalanmasının mövcud qanunvericiliyin tələblərinə uyğunlaşdırılması barədə fərdi sahibkar Gülbala Qasımzadəyə müvafiq göstəriş verilib.

İstehlak bazarında nəzarət tədbirləri davam etdirilir.

Həmçinin oxuyun

Özünü ölü kimi təqdim edən şirkət direktoruna 8 il cəza verildi

Avtomobilinə heyvan sümükləri yığıb yandıraraq, özünü yanğın zamanı maşında ölmüş kimi təqdim edən Rafət Qəniyevin …

Bir cavab yazın