Bazar ertəsi , İyul 22 2019
Ana səhifə / Kriminal / Dolların qiyməti durmadan artır…

Dolların qiyməti durmadan artır…

Bakıda son bir həftədə yaranan dollar böhranı davam edir. Banklar satışı dayandırıb, “qara bazar” isə öz fəaliyyətini davam edirir.

Bu gün məlum olub ki, “qara bazar”da 1 dolların alışı 1.80, satışı 1.83 matandı. Amma bu sadəcə bəzi yerlərdə olan qiymətdi. Ölkənin əksər şəhər və rayonlarında dollar daha baha qiymətə alınıb-satılır.

Xatırladaq ki, sonuncu dəfə cümə günü məzənnəni açıqlayan Mərkəzi Bank dolların kursunu 1.6362 manat səviyyəsində müəyyənləşdirib. Amma həmişəki kimi Mərkəzi Bankın müəyyənləşdirdiyi məzənnəyə nə banklar, nə də “qara bazar” əməl edir.

Onu da bildirək ki, sabah ölkədə dolların növbəti dəfə kəskin bahalaşacağı deyilir. Son bir həftədə ölkədə xarici valyuta çatışmamazlığının yaşanması, bankların dollar satışını dayandırması bunu deməyə əsas verir. Əksər ekspertlər də 3-cü devalvasiyanın qaçılmaz olduğunu bildirir. Artıq Dövlət Gömrük Komitəsi də ölkəyə məshul idxalını dayandırıb. Bunu isə mümkün qiymət artımı ilə əlaqələndirirlər.

Qaynarinfo.Az

Həmçinin oxuyun

Bakının mərkəzində evə gətirdikləri qadını döyə-döyə zorlayıb öldürdülər

Bakıda dəhşətli qətl törətmiş şəxslərdən biri Ali Məhkəməyə müraciət edib. News24.az bildirir ki, Cinayət Məcəlləsinin …

Bir cavab yazın