Çərşənbə axşamı , Noyabr 24 2020
Ana səhifə / Kriminal / Dollara tələb yenidən artacaqmı? – Ekspert rəyi

Dollara tələb yenidən artacaqmı? – Ekspert rəyi

Avqust ayının ikinci yarısından başlayaraq sentyabr və dekabr aylarında dollara tələbin artacağı proqnozlaşdırılır.

Bunu AzVision.az-a iqtisadçı-ekspert Vüqar Bayramov deyib. O qeyd edib ki, avqustun ikinci yarısından etibarən dollara tələbin artması yeni tədris ilinin başlaması ilə bağlıdır.

“Yeni tədris ilinin başlaması idxalı artırır və aparılan monitorinqlər göstərir ki, hərraclarda satılan valyutanın 90 faizi idxal məhsullarının alınması üçün istifadə olunur. İdxal məhsulları artırsa, dollara tələb yüksəlir. Dekabr ayında da dollara tələbin artacağı gözlənilir. Bu, həm ilin sonunda idxalın artması, həm də bankların, şirkətlərin xarici borc öhdəliklərini nyerinə yetirilməsi ilə bağlıdır. Dollara tələbin artması baxımından sentyabr və dekabr daha fərqli aylar olacaq. Bunun manatın məzənnəsinə necə təsir göstərəcəyi Mərkəzi Bankın manat bazasının necə dəyişməsindən asılı olacaq. Əgər manat bazası kiçik olaraq qalacaqsa, dollara tələbin artması valyuta bazarına ciddi təsir göstərməyə bilər. Amma Mərkəzi Bank eyni zamanda manat bazasının artırmasını həyata keçirərsə, o zaman dollara tələbin artması manatın məzənnəsinə təsir göstərə bilər. Məzənnənin dəyişməsi Mərkəzi Bankdan asılı olacaq”.

V.Bayramov qeyd edib ki, Mərkəzi Bankın manatın uçot dərəcəsinin aşağı salacağı ilə bağlı qərarının məzənnəyə təsirləri ciddi deyil.

“Mərkəzi Bankın uçot dərəcəsini 15 faizə qədər qaldırması bazarda ciddi dəyişiklərə gətirib çıxarmadı. Əksinə manatın dollara nisbətən məzənnəsində artımlar müşahidə edildi. Avqustda ola bilər ki, Mərkəzi Bank uçot dərəcəsini 15 faizdən 13 və ya 12 faizə qədər azaltsın. Bu dəyişikliyin valyuta bazarına ciddi təsir edəcəyi proqnozlaşdırılmır. Çünki hal-hazırda əsas banklar manatı 12 və daha aşağı faizlərlə cəlb edir. Depozit bazarı Mərkəzi Bankın uçot dərəcəsini azaltmamışdan öncə həmin qərara hazırlanıb. Uçot dərəcəsinin dəyişməsi nəticə etibarı ilə depozit faizlərinə ciddi təsir göstərməyəcək. Bunun psixoloji müəyyən təsirləri ola bilər və bazara müəyyən qədər təsir göstərə bilər. Amma real bazara təsir idxalla bağlı olacaq. Çünki hərraclarda satılan dolların 90 faizi idxal üçün istifadə olunur. FES-in uçot dərəcəsinin artırmasından sonra dəyişikliyin olmaması yenə də manat bazasının kiçik olması ilə bağlıdır. FES-in qərarları o zaman təsir göstərə bilər ki, Mərkəzi Bank tərəfindən manat bazasının artırılması həyata keçirilsin. Manat bazasının kiçik olması ilə FES-in son qərarlarının valyuta bazarında təsiri olmadı”.

Həmçinin oxuyun

Baş Prokurorluq Semyon Peqovun cinayətləri ilə bağlı Rusiyaya müraciət edib

Baş Prokurorluq məlumat yayıb. Qurumun Mətbuat Xidmətindən daxil olan məlumatda deyilir: “Bəzi kütləvi informasiya vasitələrində və …

Bir cavab yazın