Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / “Devalvasiya təcrübsi göstərdi ki, bu çox təhlükəlidir” – DEPUTAT

“Devalvasiya təcrübsi göstərdi ki, bu çox təhlükəlidir” – DEPUTAT

Məlum olduğu kimi, bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq fərmanı ilə Maliyyə Sabitliyi Şurası yaradılıb. Həmin Şuranın yaradılmasına münasibət birmənalı deyil. Bir sıra ekspertlər Maliyyə Sabitliyi Şurası yaradılmasını müsbət qiymətləndirsələr də, digərləri hesab edir ki, həmin fərmanda bu Şuraya həvalə edilən məsələlər elə hökumətin iqtisadi blokunun görməsi vacib olan işlərdir.

Bir də ki, əgər yeni yaradılan Maliyyə Bazarlarına Nəzarət Palatası hələ də bu qurumdan gözləntiləri doğrulda bilmirsə, problemli kreditlər, xüsuaən də xarici valyutada olan kreditlərlə bağlı yaranmış çox ciddi problemin həlli istiqamətində heç bir iş görə bilmirsə və bu səbəbdən də insanlar öz problemləri ilə hələ də bankların qapısında qalmaqda davam edirlərsə, bu halda Maliyyə Bazarlarına Nəzarət Palatasına bənzər ikinci bir qurumun – Maliyyə Sabitliyi Şurasının yaradılmasına nə ehtiyac var?

Ona görə də Moderator.az-ın əməkdaşı millət vəkili Əli Məsimliyə müraciət edərək yeni qurumun hansı zərurətdən yaradıldığını öyrənməyə çalışıb.

Sözügedən mübahisəli məsələyə münasibət bildirən İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli bildirib ki, Maliyyə Bazarlarına Nəzarət Palatası ilə müqayisədə Maliyyə Sabitliyi Şurasının fəaliyyəti daha geniş miqyaslıdır:

“Maliyyə Sabitliyi Şurası makroiqtisadi sabitliyin möhkəmləndirilməsi və maliyyə dayanıqlılığının təmin edilməsi, bu sahədə koordinasiya olunmuş siyasətin həyata keçirilməsi, habelə səmərəli tənzimləmə və hüquq tətbiqetmə praktikasına nail olunması məqsədilə yaradılıb. Doğrudur, sözügedən fərmanda nəzərdə tutulan məsələlərin çoxu hökumətin iqtisadi blokunun görməsi vacib olan işlər olsa da, ölkədə makroiqtisadi səviyyədə, eləcə də maliyyə siyasətlərinin koordinasiyası yetərli səviyyədə deyil. Ona görə də biz Nazirlər Kabinetinin Milli Məclisdəki hesabatları və hər il büdcə müzakirələri zamanı makroiqtosadi səviyyədə koordinasiya işinin gücləndirilməsi və onun səmərəliliyinin artırılması məsələsini tez-tez qaldırmışıq. Biz bu il aprelin 29-da deputat həmkarım Vahid Əhmədovla birlikdə bir sıra mütəxəssislərin də fikirlərini əlavə etməklə ölkədə maliyyə dayanıqlığının təmin edilməsi və xarici valyutada olan kreditlərlə əlaqədar hazırladığımız və aidiyyatı orqanlara göndərdiyimiz təkliflər paketində də iqtisadi islahatların maliyyə sektoruna təsirinin və onun əks effektini artırmaq, maliyyə sabitliyinə nail olunması işini sürətləndirməkdən ötrü, maliyyə sektoruna aid qurumların koordinasiyasının gücləndirilməsinə yönəlik əlavə təsirli tədbirlər görmək məsələsi ilk təklifimiz kimi öz əksini tapıb.

Məlum olduğu kimi, dünya iqtisadiyyatında gedən proseslər və ondan doğan çağırışlar, neftin qiymıtinin kəskin surətdə aşağı düşməsi, bunun nəticəsində gəlirlərimizin xeyli azlması, 2015-ci ilin 21 fevral və 21 dekab tarixlərində baş vermiş iki kəskin devalvasiya iqtisadiyyatımızın real, maliyyə və sosial sektorlarında bir sıra ciddi problemlərin yaranmasına səbəb olub. Həmin amillərin təsiri altında yeni çağırışlar ortaya çıxıb və devalvasiya həm də Azərbaycan iqtisadiyyatında yeni situasiya yaradıb. İndi elə vəziyyət yaranıb ki, iqtisadiyyat sahəsindəki problemləri təkcə iqtisadi islahatlar vasitəsilə həll etmək olmaz….Yaranmış situasiyadan az itki ilə çıxmağın optimal yolu cəmiyyət həyatının bütün sahələrdə, o cümlədən iqtisadi sahədə sistemli və koordinasiya olunmuş islahatların həyata keçirilməsindən keçir.

Digər şərtlərlə yanaşı bu, həm də iqtisadi strukturlar arasında koordinasiya işinin gücləndirilməsini tələb edir. Beynəlxalq praktikadan məlumdur ki, Maliyyə Sabitliyi Şurasının fəaliyyəti düzgün qurulsa, islahatlar və tənzimləmə içinin səmərəliliyinin artırılması baxımından çox iş görmək olar:

1.Maliyyə Sabitliyi Şurası Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Nazirlər Kabinetinə birbaşa tabeçiliyi olan Maliyyə və İqtisadiyyat Nazirlikləri, həmçinin Nazirlər Kabinetinə daxil olmayan Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatası və Dövlət Neft Fondu kimi Azərbaycanda aparılan iqtisadiyyata cavabdeh olan üç blok qurumlarə vahid bir sistemdə birləşdirir. Bu birləşmənin işlək fəaliyyət mexanizmi yaradılsa,ölkə iqtisadiyyatı üçün çox zəruri ilan bir sıra məsələlərin həllində əhəmiyytli dərəcədə irəlilyişə nail olmaq olar. Bu, xeyli dərəcədə makroiqtisadi eləcə də maliyyə sabitliyin və dayanıqlılığının təmin edilməsi sahəsində fəaliyyətin sistemli əlaqələndirilməsini təmin edə blər.

2. Maliyyə Sabitliyi Şurasının fəaliyyəti geniş spektrli olsa da, bu qurum daha çox makroiqtisadi və maliyyə siyasətlərini koordinasiya edəcək. Bu Şuraya daxil olan qurumların vahid plaformadan çıxış etməklə uzlaşmış siyasət həyata keçirməsi Azərbaycanın iqtisadi blokuna daxill olan qurumların fəaliyyətində rast gəlinən çox ciddi və iqtisadiyyatımız üçün çox zərərli bir tendensiyanı – idarə maraqlarını prioritet götürməklə siyasət yeritmək variantının aradan qaldırılmasına kömək etmiş olar.

3. Maliyyə Sabitliyi Şurasının fəaliyyəti səmərəli qurulsa, bu halda həm də iqtisadi bloka aid ayrı-ayrı qurumların hazırlayıb Milli Məclisdən keçirməyə cəhd etdikləri idarə maraqlarına tabe edilmiş variantda qanun layihələrindən də canımız qurtarar.

4.Maliyyə Sabitliyi Şurasının fəaliyyəti səmərəli qurulsa, Mərkəzi Bankın həyata keçirdiyi sərt pul-kredit, Maliyyə Nazirliyinin həyata keçirdiyi lüzumsuz xərclərin azaldılması və qənaətli xərcləmələr,eləcə də İqtisadiyyat Nazirlinin həyaata keçirdiyi qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi siyasəti üzlaşdırılaraq “ortaq məxrəc” prinsipinə yaxınlaşar. Bu halda adları birinci, qismən də ikinci çəkilən qurumların fəaliyyəti indiki kimi neftdən kənar istehsal sahələrinin inkiafına maneədən stimullaşdırıcı faktora çevrilmiş olar. Bu isə o deməkdir ki, maliyyə, fiskal və real sektorun inkişafının sürətləndirilməsi siyasətlərin uzlaşdırılması üçün daha çevik vahid plaformaya əsaslanan mexanizm işə düşmüş olar.

5.Son iki ildə daha çox nəzərə çarpan budur ki, 2015-ci ildə islahatlar çox ləng gedib. 2016-cı ilin əvvəllərində islahatlar xeyli sürətlənib…amma sonra sürət bir qədər aşağı düşüb. Maliyyə Sabitliyi Şurasının fəaliyyəti səmərəli qurulsa, islahatların həyata keçirilməsindəki sistemsizlik, pərakəndəlik və lüzumsuz fasilələlər aradan qalxar,həm islahatların sürətləndirilməsi,həm aparılan islahatlara sistem xarakteri verilməsi, həm də makroiqtisadi və maliyyə tənzimlnməsi sahəsində koordinasiya işinin səmərəliliyinin artırılması baxımından xeyli iş görmək olar.

Bütün bunlarla yanaşı Maliyyə Sabitliyi Şurasının fəaliyyəti səmərəliliyini artırmaqdan ötrü bir sıra əlavə tədbirlərin həyat keçirilməsinə də ehtiyac var:

Birincisi, hazırkı hakimiyyətin iqtisadi blokunun ən ciddi problemlərindən biri Maliyyə Sabitliyi Şurasını təmsil edən qurumlarda makroiqtisadiyyatı hazırkı sərt gerçəklikləri dərindən dərk edib düzgün qərarlar qəbul edilməsin təmin edən çalışmaları və elm tutumlu, praktiki əhəmiyyətli baxışları ortaya qoya bilən makroiqtsadçıların yetərincə olmamasıdır. 2015-ci ilin 21 fevralında 34 faizlik şok devalvasiyadan sonra həmin ildəcə, yəni 21 dekabrda ondan da kəskin-48 faizlik devalvasiyaya gedilib iqtisadiyyatımızın real, maliyyə və sosial sektorlarını cox ağır duruma salınmasında digər amillərlə yanaşı sözügedən bu amil də, yəni makroiqtisadiyyatı yetərincə bilməmək amili də ciddi rol oynayıb. Devalvasiya təcrübsi göstərdi ki, bu çox təhlükəlidir. Bu problemi lazımı səviyyədə həll etmədən iqtisadi siyasətin səmərəliyini yaranmış situasiyadan az itki ilə çıxmaq səviyyəsinə qaldırmaq mümkünzüsdü…..

İkincisi, Maliyyə Sabitliyi Şurası elə mexanizmlər hazırlayıb həyat keçirməlidir ki, həmin müxanizmlər iqtisadi koordinasiyanı güclndirmək və səmərəliliyini artırmaq vasitəsilə həm də inhisarkılıq və korrupsiyanın aradan qaldırılmasına da təsir etmiş olsun.

Üçüncüsü, fəlsəfə elminin real həyatda özünü daha əyani şəkildə doğruldan prinsiplərindən biri də budur ki, köhnə yenini yarada bilməz….yeni yenini yaradar. Döğrudur, Maliyyə Sabitliyi Şurasının tərkibinə öz sahəsini güclü biliciləri daxildir. Bununla belə, həmin qurumda yalnız Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi nisbətən yeni kadrdı….Yeniləşmə bütün sahələrə, xüsusən də islahatlara meylli və müasir dövrün tələblərinə cavab verən yeni kadrların cəlb edilməsi ilə də müşayət olunmalıdır.

Dördüncüsü, məmurların bir qismi islahatlarda fəal iştirak edir və öz töhfəsini getdikcə artırır, bir qismi ən azından buna səy göstərir.Amma bəzi məmurlara elə gəlir ki, Prezident fərman və ya sərancam verdi və bununla da onların görməli olduğu işləri də görmüş oldu… Hər bir fərmanda nəzərdə tutulan tədbirlər orada göstərilən müddətdə hazırlanıb işə salınmalıdır. Həmin tədbirlərin yerlərdə keyfiyyətlə həyata keçirilməsi işinin işlək bir mexanizmi hazırlanlb tətbiq edilməli və monitoriqlər vasitəsilə daim kəm-kəsirlər aşkarlanb aradan qaldlrılmalıdır.

Beşincisi, biz işlətdiyimiz cümləmizdə tez-tez “Maliyyə Sabitliyi Şurasının fəaliyyəti səmərəli qurulsa” ifadəsini ona görə təkrar edirik ki, beynəlxalq praktikadan məlum olduğu kimi, bu qəbildən olan qurum yalnız öz fəaliyyətini səmərəli qura bilsə, öz vəzifələrinin öhdəsindən dolğun şəkildə gələ biləcək və ölkə iqtisadiyyatının düşdüyü vəziyyətdən çıxmasına sanballı töhfə vermiş olacaq.Yalnız həmin şərtlər daxilində onun fəliyyəti ölkədə makroiqtisadi sabitliyin və maliyyə dayanıqlığının təmin olunmasında mühüm rol oynayacaq. Bu halda orta və uzunmüddətli perspektivdə ölkə iqtisadiyyatı üçün mövcud və potensial mənfi təsirlərin qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlərin görülməsi mümkün olacaq. Bundan ötrü, fərmanda deyildiyi kimi, əlverişli biznes və investisiya mühiti, sahibkarlara öz hüquqlarını müdafiə etmək imkanları yaradılmalı, bank sisteminin etibarlılığı artırılmalı, sahibkarların maliyyə mənbələrinə çıxış imkanları sadələşdirilməli, normativ hüquqi bazanın qabaqcıl beynəlxalq təcrübə və milli iqtisadiyyatın xüsusiyyətləri nəzərə alınmaqla təkmilləşdirilməsi təmin olunmalıdır”.

Həmçinin oxuyun

Özünü ölü kimi təqdim edən şirkət direktoruna 8 il cəza verildi

Avtomobilinə heyvan sümükləri yığıb yandıraraq, özünü yanğın zamanı maşında ölmüş kimi təqdim edən Rafət Qəniyevin …

Bir cavab yazın