Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Dəm qazından zəhərlənmişdi, səhəri toyu idi…

Dəm qazından zəhərlənmişdi, səhəri toyu idi…

“10 gün bundan qabaq bir qız gətirmişdilər, sabah toyu idi. Girib hamama, dəm qazından zəhərlənmişdi. Bəxtindən tez xəbərləri olub. Gecə saatlarında ağır vəziyyətdə, koma halında gətiriblər. Allahdan sağaldı, sabahkı gün toyu da baş tutdu, toyuna da getdik. Başqa  bir gün də bəy hamamından bir bəy gətiriblər. Ümumiyyətlə, vəziyyətə baxanda həyəcan siqnalı çalışmalıdır”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Kliniki Tibbi Mərkəzinin Toksikologiya şöbə müdirinin müavini Məhəbbət İbrahimova ilin yekunları ilə bağlı keçirilən brifinqdə deyib.

O bildirib ki, ötən ilə nisbətən toksikoloji zəhərlənmələrdən müraciət edənlərin sayında xeyli azalma olsa da, rəqəmlər yenə də kifayət qədər yüksəkdir:

“Ötən il dəm qazından zəhərlənmənin  ilə bağlı 455 müraciət olub. Bu il isə müraciətlərin sayı 190-a düşüb. Müraciət edənlər arasında klinikada bir ölüm hadisəsi olub. O da komada daxil olmuşdu. Digər zəhərlənmələrin ötən illə müqayisəsinə baxsaq nəticələr belədir:

Sirkə turşusundan zəhərlənmə müraciətləri: ötən il: 254, bu il: 237
Dərman vasitələrindən zəhərlənmə müraciətləri: ötən il: 1062, bu il: 602
Alergiya zəhərlənmə müraciətləri: ötən  il: 236, bu il: 208
Qara qurd, horümçəkdən zəhərlənmə müraciətləri: ötən il:10, bu il 5
Spirtli içkidən zəhərlənmə müraciətləri: ötən il 103, bu il 86
İlan zəhərlənməsi ilə bağlı isə müraciətlərdə artım var: ötən il: 90, bu il:104
Göbələkdən zəhərlənmə müraciətləri: ötən il: 25, bu il: 12

 

Şöbənin baş həkimi Azər Maqsudov isə nitqində spirtli içkilərlə bağlı zəhərlənmə hallarına toxunub:

Hər gün təcili yardımla sərxoş insanları gətirirlər və onlarda zəhərlənmə deyil. Çox aşağı keyfiyyətli içki qəbul etdiyi üçün zəhərlənmə adı ilə bizim şöbəyə gətirilir. Onlara qulluq edilir və səhəri gün onlar çıxıb getmək istəmirlər. Bu hadisə mütəmadi olaraq davam edir və gecə azı 5-6 sərxoş vəziyyətdə xəstə gətirilir.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …