Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / “Cənnət Park”da güclü YANĞIN – FHN-nin 4 işçisi xəstəxanalıq oldu (YENİLƏNİB)

“Cənnət Park”da güclü YANĞIN – FHN-nin 4 işçisi xəstəxanalıq oldu (YENİLƏNİB)

Abşeron rayonunun “Cənnət Park” yaşayış kompleksində baş vermiş yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Gülçin Mehdiyeva Unikal.org-a bildirib ki, doqquzmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində, ümumi sahəsi 80 m² olan 3 otaqlı mənzilin 2 otağının yanar konstruksiyaları yanıb.

O deyib ki, nazirliyin yanğınsöndürənləri yanğına müdaxilə ediblər, mənzilin qalan hissəsi yanğından mühafizə olunub: “Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisə zamanı 1 nəfər qadın tüstüdən zəhərlənib. O, təcili tibbi yardım briqadasına təhvil verilib, 15 nəfər bina sakini isə təxliyə edilib. Bu zaman süstündən FHN 4 əməkdaşının halı pisləşib. Həmin şəxslər də həkim nəzarətindən keçib, heç bir ciddi xəsarət almayıblar”.

*** 15:55

“Cənnət Park” yaşayış kompleksində yanğın baş verib. 

TƏBİB-dən Unikal.org-a bildirilib ki, hadisə nəticəsində 4-ü FHN əməkdaşı olmaqla, 5 nəfər xəsarət alıb:
 
Bir nəfər qadın sakin sifətin və yuxarı ətrafların I və II dərəcəli yanığı diaqnozu ilə Yanıq Mərkəzinə, xəsarət alan 4 FHN işçisindən 2-si Yanıq Mərkəzinə, 2-si isə Toksikoloji Mərkəzə hospitalizə olunub. 

Xəsarət alanların vəziyyəti yaxşıdır, hal-hazırda onlara ambulator yardım göstərilir. 

Həmçinin oxuyun

Özünü ölmüş kimi təqdim edən MTK direktoruna hökm oxundu

Dələduzluqda təqsirləndirilən MTK direktoru Rafət Qəniyevə hökm oxunub. Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin …