Bərdə rayonunda baş verən ağır qəzada ölən və yaralanan şəxslərin adları məlum olub.
Hadisə yerində ölənlər və yaralananlar Ağcabədi rayonu Boyat kənd sakinləridir.
Qəza nəticəsində sürücü – 1979-cu il təvəllüdlü Məmmədov Emin Saday oğlu və 1990-cı il təvəllüdlü Kərimov Elgün Şirin oğlu ölüb.
Yaralanan sərnişinlərdən biri isə 1994-cü il təvəllüdlü Aslanov Şamxal Rövşən oğludur.
***
Bərdə rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın Qarabağ üzrə bölgə müxbirinin verdiyi məlumata görə, rayonun Soğanverdilər kəndi ərazisində baş verən yol qəzasında iki nəfər ölüb, iki nəfər isə ağır xəsarət alıb.
“VAZ-2107” markalı minik avtomobili idarəetməni itirərək iri gövdəli ağaca dəyib.
Hadisə zamanı maşında dörd nəfər olub. Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralılardan ikisi xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.
Ana səhifə / Kriminal / Bərdədə ağır qəzada ölənlər və yaralananların adları bilindi – YENİLƏNİB + FOTO
Həmçinin oxuyun
Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir
“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib. Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …