Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / BVF: Azərbaycanda ÜDM idxal və neft hesabına artacaq

BVF: Azərbaycanda ÜDM idxal və neft hesabına artacaq

Beynəlxalq Valyuta Fondu (BVF) ÜDM artımına hökumətdən daha nikbin baxır.

“Turan”ın məlumatına görə, Fondun regional icmalında qeyd edilir ki, 2015-ci il üçün Azərbaycanda ÜDM-in nominal həcmini $64 mlrd, 2016-cı ildə $63,6 mlrd səviyyəsində proqnozlaşdırır. Hökumətin proqnozu isə 2015-ci ildə 57,1 mlrd manat, 2016-cı ildə 57,7 mlrd manat ekvivalentidir.

BVF-nin qiymətləndirmələrinə görə, artım əsasən neft hasilatı hesabına olacaq. Bu il Azərbaycanda sutkalıq neft hasilatını 0,95 mln barel (ötən illə müqayisədə + 100 min), 2016-cı ildə 1,07 mln barel həcmində proqnozlaşdırır.

BVF-yə görə, 2015-ci ildə Azərbaycandan məhsul və xidmətlərin ixracı $20,7 mlrd (ötən il $21 mlrd 828,6 mln), 2016-cı ildə $17,6 mlrd təşkil edəcək. 2015-2016-cı illərdə ölkəyə məhsul və xidmət idxalı müvafiq olaraq $17,2 mırd (ötən il $9 mlrd 187 mln) və $14,4 mlrd həcmində olacaq.

Həmçinin oxuyun

Özünü ölü kimi təqdim edən şirkət direktoruna 8 il cəza verildi

Avtomobilinə heyvan sümükləri yığıb yandıraraq, özünü yanğın zamanı maşında ölmüş kimi təqdim edən Rafət Qəniyevin …

Bir cavab yazın