Bazar ertəsi , Oktyabr 19 2020
Ana səhifə / Kriminal / Bütün banklar dollar satışını dayandırdı, “qara bazar”da da qıtlıqdır…

Bütün banklar dollar satışını dayandırdı, “qara bazar”da da qıtlıqdır…

Bu gün bəzi banklar ABŞ dollarının satışını dayandırıb. “Amrahbank” isə bu gündən nağd mübadilə məntəqələrinin fəaliyyətini dondurub.

Virtualaz.org saytının bank filiallarında və “qara bazar”da apardığı müşahidələrə əsasən, hazırda dolların alış məzənnəsi 1.7369, satışı isə 1.8060 manatdır.

“Bank of Baku”nun Səməd Vurğun filialından son günlər dollar satılmadığını, həftə sonuna kimi satışın bərpa olunmayacağını deyiblər. Amma bank dolların alışını davam etdirir.

“AccessBank”ın Xaqani filialında da dollar satışı dayandırılıb. Bankdan bildiriblər ki, son 1 həftədə dollar ala bilməyiblər, ona görə də, satış aparılmır. Dolların alışı isə 1,7350 manata aparılır.

“AzərTürkBank” da dollar satmır, baxmayaraq ki, bu bank ilin əvvəlində dollar qıtlığı yaranarkən belə, alqı-satqını dayandırmamışdı. Bankın əməkdaşları bildiriblər ki, dollar satışının nə vaxt bərpa ediləcəyi bəlli deyil. Amma “AzərTürkBank” dollar alışını daha yüksək məzənnə ilə həyata keçirir, hazırda dolların alış məzənnəsi burada 1.8010 manatadır.

“NBC Bank”, “Atabank”, “Nikoil Bank”dan da bu həftə ərzində dollar satmadıqlarını söyləyiblər. Satışın dayandırılmasının səbəbləri açıqlanmayıb.

“Muğanbank”ın Qərb filialında da dollar satılmır, amma bankın yaxınlığında dayanan şəxslərdən (“qara bazar”dan) dollar almaq mümkündür. “500 manatadək dollar sata bilərik. Amma 100 dolları 183 manatdan satırıq, bu “qara bazar”dakı qiymətdən aşağıdır”, – saytın əməkdaşına yaxınlaşan dəllal deyib.

“Amrahbank”ın Xəqani küçəsində yerləşən filialında isə bu gün iş dayanıb. Bankın mühafizə xidmətinin əməkdaşı müraciət edənləri geri qaytarıb. “Bu gün işləmirik, sabah işləyib-işləməyəcəyimizi isə deyə bilmərəm”, – bankdan deyiblər.

Bankın rəsmi səhifəsində valyuta məzənnələri sıfırlanıb. “987” telefon nömrəsindən isə deyiblər ki, yalnız mübadilə məntəqələrinin fəaliyyəti dayandırılıb, nağd alqı-satqı əməliyyatları aparılmır. “Bu qərar bankın daxili əmridir, səbəbini açıqlaya bilmərik. Nağd alqı-satqının aparılıb-aparılmayacağına, yəqin ki, qərar veriləcək və bu barədə müştərilər yaxın günlərdə məlumat əldə edə bilərlər”, – bankdan deyiblər.

“Amrahbank”ın qarşısında dayanan müştərilər də qərardan narazı qalıblar. “Son günlər yalnız “Amrahbank” və “AzərTürkBank”dan dollar almaq mümkün idi. Hazırda bu banklar da dollar satışını dayandırıb. Xaricdə təhsil alan oğluma 350 dollar göndərməliyəm, səhər tezdən bütün bankları gəzmişəm”, – Bakı şəhər sakini Samir Quliyev deyib.

“Qara bazar”da isə dollar satışı aparılır, 100 dollar 185-186 manata təklif edilir. “Yalnız 300 dollar verə bilərəm, səhər heç bunu da ala bilməyəcəksiz”, – dəllal saytın əməkdaşına söyləyib. Onun sözlərinə görə, banklar dollar satışını dayandırandan sonra əksəriyyət “qara bazar”a üz tutub: “Axşam saatlarına kimi satış olacaq, lakin səhər satışın olub-olmayacağını biz də indidən söyləyə bilmirik. Məzənnənin yenidən yüksələcəyi ehtimalı var”.

Qeyd edək ki, Mərkəzi Bank sonuncu dəfə dünən valyuta hərracı keçirirb. Bankın açıqlamasında yalnız o bildirilib ki, Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı 1 ABŞ dolları üçün 1,7339 məzənnəsi ilə başlayıb və 1,7369 məzənnəsi ilə yekunlaşıb.

Həmçinin oxuyun

Göyçayda qız anasını boğaraq ÖLDÜRDÜ

Göyçayda qız anasını boğaraq öldürüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən xəbərə görə, oktyabrın 12-də …

Bir cavab yazın