Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Büdcədə 13,9 milyon manatlıq – KƏSİR

Büdcədə 13,9 milyon manatlıq – KƏSİR

Maliyyə Nazirliyinin məlumatlarına əsasən 2015-ci ilin yanvar-noyabr aylarında dövlət büdcəsinə 15 milyard 455,3 milyon manat vəsait daxil olub.

Bu barədə Dövlət Statistika Komitəsindən (DSK) Moderator.az -a bildirilib.

“Büdcədən 15 milyard 469,2 milyon manat vəsait xərclənib, büdcənin icrasında yaranmış 13,9 milyon manatlıq kəsir ümumi daxili məhsulun 0,03%-i səviyyəsində olub.

Büdcə xərclərinin 5,8 milyard manatı iqtisadiyyatın inkişafı və tənzimlənməsinin, 3,6 milyard manatı təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat sahələrinin, 6,1 milyard manatı isə digər sahələrin maliyyələşdirilməsinə yönəldilib”.

Həmçinin oxuyun

Özünü ölmüş kimi təqdim edən MTK direktoruna hökm oxundu

Dələduzluqda təqsirləndirilən MTK direktoru Rafət Qəniyevə hökm oxunub. Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin …

Bir cavab yazın