Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Büdcədən maliyyələşən qurumlar bu il 87,4 mln. kubmetr təbii qaz istifadə edib

Büdcədən maliyyələşən qurumlar bu il 87,4 mln. kubmetr təbii qaz istifadə edib

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatlar tərəfindən 930,4 mln. kVt.saat elektrik və 115,5 min Q.kalori istilik enerjisindən, 87,4 mln.kubmetr təbii qazdan istifadə edilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə elektrik enerjisindən 17,7%, istilik enerjisindən 11%, təbii qazdan 7,4 % çox istifadə olunub.

Hesabat dövründə bu qurumlar 55,8 mln. manat elektrik enerjisi, 3,1 mln. manat istilik enerjisi, 8,7 mln. manatlıq isə təbii qaz istifadə edib.
Bu ilin yanvar-iyun aylarında ölkənin bütün təsərrüfat subyektləri tərəfindən 9,7 milyard kVt.saat elektrik enerjisi istehlak edilib.

Həmçinin oxuyun

Özünü ölü kimi təqdim edən şirkət direktoruna 8 il cəza verildi

Avtomobilinə heyvan sümükləri yığıb yandıraraq, özünü yanğın zamanı maşında ölmüş kimi təqdim edən Rafət Qəniyevin …

Bir cavab yazın