Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Bu bank dollar kreditlərinə görə ödənişi 1,7 manatdan hesablayır

Bu bank dollar kreditlərinə görə ödənişi 1,7 manatdan hesablayır

“Turanbank”ın dollar krediti olan müştərilərinə qarşı tətbiq etdiyi güzəştli ödəniş kampaniyası cəmi bir həftə davam edib. Bankdan fins.az-a bildirilib ki, artıq kampaniya başa çatıb.
Xatırladaq ki, Azərbaycanda manatın təkrar devalvasiyasından (dolların manata nəərən məzənnəsi 1,05 manatdan 1,55 manata qalxdıqdan) sonra bank öz müştərilərinə bildirmişdi ki, dollar kreditlərini 1,3 manat məzənnəsi ilə ödəyə bilərlər. Amma söhbət yalnız kreditin tam bağlanmasından gedirdi.
Bu gün isə bankdan bildirilib ki, artıq tam ödəniş üçün 1,3 manat məzənnəsi qüvvədə deyil və dollar kreditlərinə görə ödəniş 1,7 manatdan hesablanır: “Əgər kredit dekabrın 31-nə qədər bağlansaydı 1,3-la ödəmək olardı” – deyə bankdan bildirilib.

Həmçinin oxuyun

Özünü ölü kimi təqdim edən şirkət direktoruna 8 il cəza verildi

Avtomobilinə heyvan sümükləri yığıb yandıraraq, özünü yanğın zamanı maşında ölmüş kimi təqdim edən Rafət Qəniyevin …

Bir cavab yazın