Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Banklar dolları birdən ucuzlaşdırıb yavaş-yavaş bahalaşdırır…

Banklar dolları birdən ucuzlaşdırıb yavaş-yavaş bahalaşdırır…

Bu gün, fevralın 20-si kommersiya banklarında dolların bahalaşdığı qeydə alınıb. «Marja» xəbər verir, ötən həftənin son iş günü 1 dolları 1.74 manatdan alıb 1.84 manatdan satan «Ata Bank» fevralın 20-si dəyişikliyə gedib. Səhər saatlarında bank 1 dolları 1.76 manata alıb, 1.86 manata satıb.

«AmrahBank»ın isə dolların alış qiymətini 1.76 manatdan 1.78 manata, satış qiymətini isə 1.82 manatdan 1.83 manata qaldırdığı qeyd edilir.Xəbərdə qeyd edilir ki, əksər kommersiya banklarında dolların alış qiymət yüksəldilib.Sonuncu hərracda dolların qiymət cüzi bahalaşıb. Halbuki, son 2 həftədə 1 dollar 1 manat 92 qəpikdən 1 manat 72 qəpiyə düşmüşdü. Mərkəzi Bankın rəsmi məzənnəsinə görə, fevralın 20-də 1 dollar 1.7352 manata bərabərdir.

Qara bazarda isə bazar günü dolların alışı 1.83 AZN olub, bu gün isə bankların açıldığını nəzərə alan alverçilər məzənnəni endiriblər.

Həmçinin oxuyun

Fuad Muradovun məhkəməsi başlayır: 7 nəfəri şəxsi görüntülərlə şantaj etməkdə ittiham olunur

“Qazaxlı Alik”in oğlu, Milli Fədailər Hərəkatının sədri Fuad Muradovun məhkəməsi başlayır. Müxtəlif adamları şantaj eləyib, …

Bir cavab yazın