Şənbə , Aprel 27 2024
Ana səhifə / Kriminal / Bakının mərkəzində yol qəzası baş verdi, 7 svetofor sıradan çıxdı

Bakının mərkəzində yol qəzası baş verdi, 7 svetofor sıradan çıxdı

Bakının mərkəzində svetoforların fəaliyyətində problem yaranıb.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, bir qədər əvvəl Bülbül və Ü.Hacıbəyov küçələrinin kəsişməsində yol nəqliyyat hadisəsi baş berib. Qəza nəticəsində svetofor dirəyi və idarəetmə qutusu zədələnib.

Bu səbəbdən də hazırda S.Vurğun küçəsinin Z.Əliyeva və Ü.Hacıbəyov küçələri ilə kəsişməsində, Bülbül prospektinin Neftçilər prospekti, Xəqani, Z.Əliyeva və Ü.Hacıbəyov küçələri ilə kəsişməsində, S.Rüstəm və S.Bünyadov küçələrinin kəsişməsindəki svetoforların fəaliyyətində problem yaranıb. Hazırda svetoforların fəaliyyətinin bərpası üçün zəruri tədbirlər görülür.

BNA sürücülərdən nəqliyyat vasitəsini ehtiyatla, digər mövcud nişanların tələbinə riayət etməklə və ən əsası digər hərəkət iştirakçılarına qarşı anlayışla idarə etmələrini xahiş edir.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …