Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Bakıdan uçan təyyarə Moskva səmasında başqa təyyarə ilə toqquşma təhlükəsi yaşayıb

Bakıdan uçan təyyarə Moskva səmasında başqa təyyarə ilə toqquşma təhlükəsi yaşayıb

Heydər ƏIiyev Beynəlxalq Hava Limanının “Operations Control Center” (OCC) dispetçer mərkəzinin məlumatlarına əsasən, AZAL aviaşirkətinin təyyarələri dünən rusiyalı həmkarlarından Moskva səmasında hər hansı təhlükə barədə məlumat almayıblar.

Virtualaz.org AZAL-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, AZAL-ın təyyarələri havada təyyarələrin toqquşmasının qarşısını almaq üçün nəzərdə tutulmuş TCAS sistemi ilə təchiz ediliblər. TCAS sistemindən də hər hansı təhlükə ilə bağlı məlumat daxil olmayıb.

O da əlavə olunub ki, belə bir hadisə baş veribsə, Bakıdan uçan təyyarə AZAL aviaşirkətinə aid olmayıb.

*   *   *12:42

Moskva səmasında sərnişin təyyarələri son anda toqquşmadan qaça biliblər.

Virtualaz.org “RenTV”yə istinadən xəbər verir ki, hadisə dünən, noyabrın 15-də baş verib.

Moskvanın “Domodedovo” hava limanından Penzaya uçan təyyarə Bakıdan “Vnukovo” hava limanına uçan təyyarə ilə toqquşma təhlükəsi yaşayıb.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …