Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Bakıdan Astaraya valideynlərini görməyə getdi – Qəzada öldü + Fotolar

Bakıdan Astaraya valideynlərini görməyə getdi – Qəzada öldü + Fotolar

Birinci kurs tələbəsi qəzada həyatını itirib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Astara rayonunun Şüvi kəndində baş verib. Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alan Qadir Baxşiyev həftəsonu rayona gedib. Bu zaman o, dostu, 11-ci sinif şagirdi Şəhriyar Əsgərovun idarə etdiyi “VAZ 21011” markalı avtomobillə qəzaya düşüb.

Belə ki, 17 yaşlı Ş. Əsgərovun maşını yük avtomobili ilə toqquşub. 

Nəticədə Q. Baxşiyev hadisə yerində həyatını itirib, sürücü isə ağır vəziyyətdə xəstəxanaya aparılıb. Vəziyyəti stabildir.

Faktla bağlı araşdırma aparılır.

Günel Hacı

Həmçinin oxuyun

Özünü ölmüş kimi təqdim edən MTK direktoruna hökm oxundu

Dələduzluqda təqsirləndirilən MTK direktoru Rafət Qəniyevə hökm oxunub. Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin …