Ana səhifə / Kriminal / Oğul 77 yaşlı anasını öldürüb meyitini yandırdı – Nardaranda dəhşət!

Oğul 77 yaşlı anasını öldürüb meyitini yandırdı – Nardaranda dəhşət!

Bakıda dəhşətli qətl hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb.

Rayonun Nardaran qəsəbəsi, Bağ massivi, ev 242-də yaşayan Bağırov Tahir Cəfər oğlu yaşadığı evdə anası, 1942-ci il təvəllüdlü Bağırova Rübabə Cəbrayıl qızı ilə şəxsi münasibətlər zəminində mübahisə edib.

Mübahisə nəticəsində T.Bağırov anasını boğaraq öldürüb.

Qadının öldüyünə əmin olan oğul anasının meyitinin üzərinə ağ neft tökərək yandırıb.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …