Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Bakıda “Volkswagen” 8 min, “Chevrolet Niva” 3500 manata satıldı

Bakıda “Volkswagen” 8 min, “Chevrolet Niva” 3500 manata satıldı

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu gün növbəti hərrac keçirilib.

Komitədən verilən məlumata görə, hərracda özəlləşdirilən əmlaklardan 3-ü kiçik dövlət müəssisəsi, 1-i istifadəsiz qeyri yaşayış sahəsi, 6-ı isə nəqliyyat vasitəsidir. Özəlləşdirilən əmlaklar Bakı şəhərində yerləşir.

İlkin start qiyməti 6 min manata olan Volkswagen Passat markalı nəqliyyat vasitəsi 8 min manata özəlləşdirilib. Həmçinin, ilkin start qiyməti 1705 manat olan Chevrolet Niva markalı avtomobilə ən son 3 min 500 manat təklif edilib. Qeyd edilməlidir ki, hər iki avtomobilin buraxılış tarixi 2007-ci ildir.

Hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak Bakının Xəzər rayonunda yerləşən 128 saylı mağaza olub. Həmin əmlakın torpaq ümumi faydalı sahəsi isə 100 kv.m-ə yaxındır.

Hərracda özəlləşdirilən 3 kiçik dövlət müəssisəsindən 2-si paytaxtın Xəzər rayonunda, digəri isə Səbaildə yerləşir. Özəlləşdirilən əmlaklar sahibləri üçün yaxşı gəlir gətirə bilər. Bakının Xəzər rayonunda yerləşən 102 saylı mağazanın faəliyyətini yenidən bərpa etməklə mənfəətliliyi təmin etmək mümkündür. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 86 kv.m təşkil edir.

Hərracda özəlləşdirilən istifadəsiz qeyri-yaşayış sahəsi paytaxtın Sabunçu rayonunda yerləşir. Həmin əmlakın ümumi faydalı sahəsi 28 kv.m-dən çoxdur. Hərraca çıxarılan bir sıra əmlaklar torpaq sahəsi ilə birgə özəlləşdirilir.

Həmçinin oxuyun

Özünü ölü kimi təqdim edən şirkət direktoruna 8 il cəza verildi

Avtomobilinə heyvan sümükləri yığıb yandıraraq, özünü yanğın zamanı maşında ölmüş kimi təqdim edən Rafət Qəniyevin …

Bir cavab yazın