Ana səhifə / Kriminal / Bakıda turizm şirkətinin rəhbəri 25 şəxsə qarşı dələduzluq etdi

Bakıda turizm şirkətinin rəhbəri 25 şəxsə qarşı dələduzluq etdi

Bakıda dələduzluqda təqsirləndirilən Ülvi Abbaslının cinayət işi üzrə ibtidai istintaqı yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Rahib Salmanovun icraatına verilib.

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

İttihama görə, “Happy Travel” turizm şirkətinin rəhbəri olan Ülvi Abbaslı 25 vətəndaşa qarşı külli miqdarda dələduzluq edib.

Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd: Daha əvvəl Ülvi Abbaslı barəsində mətbuatda dələduzluq etməsi barədə məlumatlar yayılmışdı.

Həmçinin oxuyun

HƏBSDƏ OLAN GENERAL PULLARI KİMƏ VERİB? – Talıbovla bağlı ifadəsini dəyişdi

Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi general-mayor Tofiq Həsənov Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmü …