Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / Azər Zahidin hesabı bloklandı, “Təkərdə” şou yarımçıq qaldı – VİDEO

Azər Zahidin hesabı bloklandı, “Təkərdə” şou yarımçıq qaldı – VİDEO

“Təkərdə” şousunun layihə rəhbəri, aparıcı Azər Zahidin TikTok səhifəsi bağlanıb.

O, müəlifi olduğu realiti şounun canlı yayımını edərkən hesabı bloklanıb. Həmin anlar izləyicilər tərəfindən lentə alınıb. Kadrlardan görünür ki, 25 minə yaxın insan birbaşa yayımı izləyir və onlarla jeton göndərir.

İddia olunur ki, Azərin hesabını ədavəti olduğu tiktoker Səfər Eyvazov bağlatdırıb.

Qeyd edək ki, tərəflər arasında qalmaqal bir neçə həftə əvvəl başlayıb. S. Eyvazov canlı yayımlarında Azərin hesabını bağlatdıracağı barədə fikirlər səsləndirmişdi.

Səfərin ötəngünkü canlısında səsləndirdiyi iddialara görə, Azər yayımı zamanı onun canlısına spam atıb, hesabını bağlatdırana 1000 manat pul mükafatı verəcəyini söyləyib.

Həmçinin oxuyun

İrana gedən azərbaycanlıların sayı 42% artıb – Rəsmi

Bu ilin ilk 3 ayı ərzində İrana 40,6 min Azərbaycan vətəndaşı səfər edib.Yeniavaz.com-un açıqlanan rəsmi …