Ana səhifə / Dünya / İran Quru Qoşunlarının komandanı və 15 mühüm şəxs sanksiyaya düşdü

İran Quru Qoşunlarının komandanı və 15 mühüm şəxs sanksiyaya düşdü

Avstraliya hökuməti çərşənbə axşamı İran Quru Qoşunlarının komandanı, general-mayor Əbdülrəhim Musəviyə qarşı sanksiyalar tətbiq etdiyini açıqlayıb. Bu barədə Avstraliya Hökumətinin Federal Qanunvericilik Reyestri məlumat yayıb.

Məlumata görə Musəvidən başqa, İran Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, briqada generalı Kiyumərs Heydəri, “Bəsic” İslami Xalq Milisləri komandanının müavini Salar Abnuş, “Bəsic” rəhbərinin müavini Hüseyn Mərufi, İranın Hüquq-Mühafizə Qüvvələrinin komandanı Qasım Rezai, briqada generalları Həbib Şahsavari, Həsən Həsənzadə, Əli Əkbər Cavidan, Hüseyn Rəhimi və Əhməd Şəfai, Sistan və Bəlucistan əyalətinin keçmiş qubernatoru Hüseyn Modarres Xiabani, Kürdistanın keçmiş qubernatoru İsmail Zarey Koşa, Senendedja şəhirinin təmsilçisi Alirza Moradi, SEPAH (İslam İnqilabı Keşikçiləri Korpusu, İran Silahlı Qüvvələrinin elit hissəsi-red.) generalı Məhəmməd Asanlu, Qohərdəşt Allah-Kərəmə Əzizi həbsxanasının nəzarətçisinə də qarşı da sanksiyalar tətbiq edilib.

Bundan başqa “Bəsic” milisləri də ayrı-ayrılıqda sanksiya siyahısına daxil ediliblər.

AzVision.az

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …