Ana səhifə / Kriminal / Bakıda səfirin iş otağından 35 min dollar oğurlandı

Bakıda səfirin iş otağından 35 min dollar oğurlandı

Bakıda iş otağından oğurluq edilən şəxs səfirdir.

“Report”un xəbərinə görə, Əfqanıstan İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Xeyrullah Spelanayın iş stolunun siyirməsindən 35 255 ABŞ dolları (59 933 manat) oğurlanıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda oğurluq) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

***

Bakıda oğurluq hadisəsi baş verib.

“Report”un xəbərinə görə, hadisə martın 3-də, Yasamal rayon H.Cavid küçəsində yerləşən inzibati binada qeydə alınıb.

Belə ki, naməlum şəxs və ya şəxslər Spelanay Xeyrullahın iş stolunun siyirməsindən 35 255 ABŞ dolları (59 933 manat) oğurlayıblar.

Daha sonra Spelanay Xeyrullah hadisə ilə bağlı Yasamal Rayon Polis İdarəsinə müraciət edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda oğurluq) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Həmçinin oxuyun

Saxta “Fairy”, “Domestos”, “Ariel” hazırlayan sex aşkarlandı – Video

Abşeron rayonunun Saray qəsəbəsindəki gizli sexdə xarici ölkələrin tanınmış əmtəə nişanlarından istifadə edilməklə keyfiyyətsiz yuyucu …