Şənbə , Aprel 27 2024
Ana səhifə / Kriminal / BAKIDA QORXUNC HADİSƏ: – daha bir nəfəri tikə-tikə doğrayıb zibilliyə atdılar

BAKIDA QORXUNC HADİSƏ: – daha bir nəfəri tikə-tikə doğrayıb zibilliyə atdılar


Bakıda zibil qutusundan doğranmış insan orqanları tapılıb. Lent.az xəbər verir ki, Azadlıq prospekti 28 ünvanındakı 16 mərtəbəli binanın qarşısında “Təmiz Binəqədi” loqolu zibil yeşiyinin içindən insan əzaları aşkarlanıb. Məlum olub ki, 40-45 yaşlı kişinin bütün bədən orqanları doğranıb. Onun başı, qol və ayaqları qutudan çıxarılıb. Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları gəlib. Tapılmış bədən hissələri ekspertiziyaya aparılıb.

Qeyd edək ki, keçən il Bakının Suraxanı rayonunda kanalizasiya sularından insan orqanları aşkarlanmışdı. Lakin həmin şəxsin kimliyini və onu öldürənləri müəyyənləşdirmək mümkün olmamışdı. 

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …