Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Bakıda musiqiçi özünü öldürdü – TƏFƏRRÜAT

Bakıda musiqiçi özünü öldürdü – TƏFƏRRÜAT

Bakıda baş vermiş intihar hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Musavat.com criminal.az-a istinadən xəbər verir ki, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsində sirkə içərək özünü zəhərləyən və xəstəxanada vəfat edən 44 yaşlı Pircan Həsənov Rəşid Behbudov adına Mahnı Teatrının solisti, xalq artisti Gülyanaq Məmmədovanın musiqi qrupunun sintizator ifaçısı olub.

Mərhumun yaxınlarının verdiyi məlumata görə, P.Həsənovun barəsində polisdə bir müddət əvvəl etdiyi davaya görə araşdırma aparılırmış.

****

APA-nın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Rayon sakini, 1957-ci il təvəllüdlü Pircan Nurməmməd oğlu Həsənov sirkə turşusu içərək intihar edib. Ailə üzvləri tərəfindən xəstəxanaya çatdırılan P. Həsənovu xilas etmək mümkün olmayıb.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Həmçinin oxuyun

Özünü ölü kimi təqdim edən şirkət direktoruna 8 il cəza verildi

Avtomobilinə heyvan sümükləri yığıb yandıraraq, özünü yanğın zamanı maşında ölmüş kimi təqdim edən Rafət Qəniyevin …