Şənbə , Aprel 27 2024
Ana səhifə / Kriminal / Bakıda cibgir qadınlar tutuldu – VİDEO

Bakıda cibgir qadınlar tutuldu – VİDEO

Xəzər Rayon Polis İdarəsi 1-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində ayrı-ayrı şəxslərin pulunu oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Ağdam rayon sakini Rəqsanə Zeynalova və Astara rayon sakini Günel Bayramovasaxlanılıb.

Araşdırma zamanı onların birlikdə müxtəlif vaxtlarda paytaxt sakinləri Fuad OsmanovAzər Abbasov və Ağarza Şirəliyevin ciblərindən  müvafiq olaraq 380, 1250 və 350 manat pul oğurladıqları məlum olub.

R. Zeynalovanın ətrafında aparılan araşdırma zamanı onun Nizami Rayon Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə axtarışda olduğu müəyyən edilib.

Faktla bağlı Xəzər RPİ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. (Oxu.az)

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …