Ana səhifə / Kriminal / Bakıda 4 yaşlı oğlan uşaq bağçasında yıxılaraq ağır xəsarət alıb

Bakıda 4 yaşlı oğlan uşaq bağçasında yıxılaraq ağır xəsarət alıb

Bakıda bağçada uşaq yıxılaraq ağır xəsarət alıb.

“Report” xəbər verir ki, hadisə Xəzər rayonunda baş verib.

Belə ki, Mərdəkan qəsəbəsində yerləşən 91 nömrəli Körpələr Evi-Uşaq bağçasında 2013-cü il təvəllüdlü Ələkbərli Əli Hikmət oğlu nəzarətsiz qalaraq pilləkənlərdən yıxılıb. O, bədənin müxtəlif nahiyələrindən ağır xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirir.

Həmçinin oxuyun

Saxta “Fairy”, “Domestos”, “Ariel” hazırlayan sex aşkarlandı – Video

Abşeron rayonunun Saray qəsəbəsindəki gizli sexdə xarici ölkələrin tanınmış əmtəə nişanlarından istifadə edilməklə keyfiyyətsiz yuyucu …