Şənbə , Aprel 27 2024
Ana səhifə / Kriminal / Bakıda 24 yaşlı qadını keçmiş əri öldürdü

Bakıda 24 yaşlı qadını keçmiş əri öldürdü

Bakıda qadın keçmiş əri tərəfindən qətlə yetirilib.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, dünən Xətai rayonunda 24 yaşlı Səriyyə Abdullayevanın yaşadığı mənzildə qətlə yetirilməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

İstintaq və əməliyyat tədbirləri ilə qadının yaşadığı evdə keçmiş əri, Hövsan qəsəbə sakini, əvvəllər məhkum olunmuş İlkin Abdullayev tərəfindən münaqişə zəminində bıçaqla qətlə yetirildiyi müəyyən edilib.

​Təxirəsalınmaz tədbirlərlə qəsdən adam öldürməkdə şübhəli bilinən İ.Abdullayev saxlanılıb.

​Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …