Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Bakıda 2 nəfərin ölümü ilə nəticələnən partlayışın olduğu kafedən ən son görüntülər-FOTO-VİDEO

Bakıda 2 nəfərin ölümü ilə nəticələnən partlayışın olduğu kafedən ən son görüntülər-FOTO-VİDEO

Xəbər verildiyi kimi, bu gün Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 25 m2 olan (10 m2 hissəsi daşdan, qalan hissəsi taxta konstruksiyalardan ibarət) tikilinin (çayxana kimi fəaliyyət göstərir) içərisində propan qaz balonu partlayıb.

Nəticədə tikilinin yanar konstruksiyaları yanıb.

Fövqaladə Hallar Nazirliyinin verdiyi rəsmi məlumata görə, yanğın yerinin kəşfiyyatı zamanı 2 nəfərin (qadın və kişi) yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.

Musavat.com hadisə yerində olan müxbirinin göndərdiyi ən son görüntüləri və şahidlərin çəkdiyi videoları təqdim edir.

 

Həmçinin oxuyun

Özünü ölü kimi təqdim edən şirkət direktoruna 8 il cəza verildi

Avtomobilinə heyvan sümükləri yığıb yandıraraq, özünü yanğın zamanı maşında ölmüş kimi təqdim edən Rafət Qəniyevin …