Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Prezidentdən azərbaycanlı müğənni və xanımı ilə bağlı – Sərəncam

Prezidentdən azərbaycanlı müğənni və xanımı ilə bağlı – Sərəncam

Prezident İlham Əliyev Yusif Vilayət oğlu Eyvazova “Xalq artisti” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

“Qafqazinfo”nun xəbərinə görə, sərəncamda Y. Eyvazovun Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə fəxri ada layiq görüldüyü qeyd olunub.

Dövlət başçısının digər sərəncamına əsasən, Anna Yuryevna Netrebko Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında musiqi sənəti sahəsində əməkdaşlığın möhkəmləndirilməsində səmərəli fəaliyyətinə görə “Dostluq” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Rusiyada yaşayıb-fəaliyyət göstərən opera müğənnisi Yusif Eyvazov 2015-ci ilin dekabrında Rusiyanın xalq artisti Anna Netrebko ilə ailə qurub.

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …