Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Bələdiyyə sədrləri ilə bağlı 51 iş məhkəmələrə göndərilib

Bələdiyyə sədrləri ilə bağlı 51 iş məhkəmələrə göndərilib

Yerli özünüidarə orqanlarının fəaliyyətinə inzibati nəzarət qaydasında 37 mindən çox bələdiyyə aktına baxılıb , nazirliyin təklifləri əsasında 700-dək akt ləğv edilib və ya dəyişdirilib.
Bu barədə bu gün ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə 2018-ci ilin birinci yarısında ədliyyə orqanları tərəfindən görülmüş işlərin müzakirəsinə həsr olunmuş kollegiya iclasında bildirilib.

Qeyd olunub ki, bələdiyyələr tərəfindən qanunsuz ayrılmış 2 min hektardan artıq torpaq sahəsi geri qaytarılıb. Həmçinin qanunvericiliyin tələblərini pozan bələdiyyə sədrləri barədə 51 inzibati xəta haqqında protokollar məhkəmələrə, cinayət xarakterli 13 fakt üzrə materiallar isə prokurorluğa göndərilib.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …