Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Bəyannamələrin xidmət haqqına 70 faiz güzəşt – Gömrük Komitəsi

Bəyannamələrin xidmət haqqına 70 faiz güzəşt – Gömrük Komitəsi

Dövlət Gömrük Komitəsi nəqliyyat vasitələrinin rəsmiləşdirilməsi üçün tələb olunan rüsuma güzəşt edib.

Komitədən “Qafqazinfo”ya verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin sahibkarlar üçün daha əlverişli şəraitin yaradılması, sahibkarlara dəstək və onlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi haqqında göstərişlərini nəzərə alaraq Dövlət Gömrük Komitəsi 27 yanvar 2016-cı il tarixdən mal və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üçün gömrük bəyannamələrinin tərtib edilməsinə görə xidmətlərə 70% güzəşt tətbiq edilməsi haqqında qərar qəbul edib.

Bu səbəbdən gömrük bəyannamələrinin tərtib edilməsinə görə xidmət haqqı 50 AZN-ə (ƏDV daxil deyil) endirilib.

Həmçinin oxuyun

Özünü ölmüş kimi təqdim edən MTK direktoruna hökm oxundu

Dələduzluqda təqsirləndirilən MTK direktoru Rafət Qəniyevə hökm oxunub. Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin …

Bir cavab yazın