Şənbə , Aprel 27 2024
Ana səhifə / Kriminal / Azərbaycanlı məmur rüşvətə görə saxlanıldı – VİDEO

Azərbaycanlı məmur rüşvətə görə saxlanıldı – VİDEO

Gürcüstanın Qardabani rayonunun Candar kənd ərazi vahidliyi üzrə bələdiyyə nümayəndəsi saxlanılıb.

Bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.

İstintaqla müəyyən olunub ki, saxlanılan Ə.M. adlı azərbaycanlı məmur dövlətin balansında olan torpaq sahəsinin bir il müddətinə istifadəsi üçün Türkiyə vətəndaşından 30 min lari rüşvət alıb.

Məmur rüşvət alan zamanı saxlanılıb.

Faktla bağlı böyük məbləğdə rüşvət alma maddəsi üzrə istinaq aparılır. Məmuru 7 ildən 11 ilədək həbs cəzası gözləyir/Report.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …