Şənbə , Aprel 27 2024
Ana səhifə / Kriminal / Azərbaycanda kişi həyat yoldaşını, oğlunu, gəlinini və nəvəsini yandırdı

Azərbaycanda kişi həyat yoldaşını, oğlunu, gəlinini və nəvəsini yandırdı

Şəmkirdə kişi  ailə münaqişəsi zəminində həyat yoldaşını, oğlunu, gəlinini və azyaşlı nəvəsini yandırıb.

Vəli Vəliyev hadisədən bir neçə saat əvvəl ailəsi ilə mübahisə edib və onlara bildirib ki, evi tərk etsinlər.

Əks təqdirdə o ailə üzvlərini evi yandıracağı ilə hədələyib. Daha sonra benzin tökərək altıotaqlı evi əşyaları ilə birlikdə yandırıb. Bu zaman ailə üzvləri də xəsarət alıb. Yaxınlarının sözlərinə görə, ailədə uzun müddət söz-söhbət olub.

Ailənin üç yaşlı övladı Vəliyev Ömər Əkbər oğlu ev yanan zaman xilas edilib. İnsident zamanı ağır yanıq xəsarətləri alan 32 yaşlı Vəliyev Əkbər Vəli oğlu, 32 yaşlı Hüseynova Nərgiz Zahid qızı və dörd yaşlı Vəliyeva Banu Əkbər qızının vəziyyəti ağır olduğundan TTYX birqadası ilə Bakı şəhərində gətirilib.

Hadisəni törədən şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır. APA

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …