Ana səhifə / Kriminal / Azərbaycanda 3 bankın birləşməsi xəbəri təsdiqləndi

Azərbaycanda 3 bankın birləşməsi xəbəri təsdiqləndi

Bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Rəşad Orucovun imzası ilə kommersiya banklarına iki məktub göndərilib.

Birinci məktubda “Texnikabank” ASC-nin lisenziyasının ləğv olunması ilə əlaqədar bütün səlahiyyətin inzibatçıya keçdiyi göstərilib. Tövsiyə olunub ki, kommersiya bankları gələcək fəaliyyətlərində bu məsələni nəzərə alsınlar.

İkinci məktubda lisenziyası bərpa olunan “NBC Bank”ın “Parabank” və “KredoBank”la konsolidasiya ilə bağlı niyyət protokolu imzaladığı və bunun nəzərə alınması qeyd olunub. («Report»)

Həmçinin oxuyun

“Hansı şirkətlərlə işləmək, müqavilə məbləğlərini Zakir Həsənov və Nəcməddin Sadıxov müəyyənləşdirirdi”

Polkovnik: “4 il ərzində “Azersun Holding”dən 19.5 milyon manat geri alınıb” Müdafiə Nazirliyində 143 milyon …

Bir cavab yazın