Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / “Ölkədə məmur təbəqəsi tapşırıqları icra etmir” – Partiya sədrindən sensasion açıqlamalar

“Ölkədə məmur təbəqəsi tapşırıqları icra etmir” – Partiya sədrindən sensasion açıqlamalar

Xəbər verildiyi kimi, təqaüddə olan xüsusi xidmət polkovniki Tofiq Rəcəbov Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə çağırılaraq dindirilib.

Dindirmənin mövzusu haqda açıqlama verən T.Rəcəbov deyib ki, müstəntiq ona ölkəyə gətirilən 18 milyard avro ilə bağlı suallar verib: “Müstəntiq suallar verdi. Maraqlanırdılar ki, o pulun ölkəyə gəlməsi haqda məlumatları haradan öyrənmişəm. Keçmiş əməliyyat işçisi olduğumu dedim və əlimdəki bütün sənədləri istintaqa təqdim etdim.”

T.Rəcəbov deyib ki, şahid qismində dindirilməsi bir saata yaxın davam edib: “Mən bildiyim nə vardısa, istintaqa demişəm. Araşdırsınlar, görsünlər ki, o pullar ölkəyə kimlərin əli ilə və niyə gətirilib. O pulları ölkəyə gətirənlər xəyanətkarlardır.”

Qeyd edək ki, ötən ilin oktyabrında T.Rəcəbov “Yeni Müsavat”a müsahibə verərək “Azərbaycana inqilab üçün 18 milyard gətirilmişdi” iddiasını səsləndirmişdi.

Həmin müsahibədən sitat: “Bu yaxınlarda mən biznesimlə əlaqədar İsveçrədə idim. Orada bir neçə adamla görüşdüm. Onlar təklif etdilər ki, bəzi məsələləri prezidentə çatdırmaq lazımdır, ölkəyə təhlükə var. Yəni bəzi nazirlər qrup halında birləşiblər. Xarici ölkələrin, xüsusən Avropanın və böyük dövlətlərin siyasi rəhbərliklərinə çıxış axtarırlar. Özlərinə dayaq axtarırlar ki, gələcəkdə hakimiyyətə yiyələnsinlər, öz əmlaklarını qorusunlar. Bakıya qayıdan kimi dərhal yazıb çox yüksək səviyyəli bir vəzifəliyə verdim. O da aparıb bunu verib Eldar Mahmudova. O da mənə çatdırdı ki, istəyirsən bu həyatda yaşayasan, bir də ağzına belə şey gətirmə. Akif Çovdarov qapımızı pusdururdu, oğlumu güdürdülər. Demişdilər ki, danışsan, oğlunu tutub yox edəcəyik. Bunlar 2 il əvvəl olub. Həmin pullar çevriliş etməyə xərclənməli idi. Həmin pullardan mənə də təklif etmişdilər. Demişdilər ki, zavodların var, o pulları zavodlarına ayıraq. Pulu seçkidən 2-3 ay əvvəl verməli idilər. Başa düşdüm ki, çevrilişə hazırlıq gedir”.

Məsələyə münasibət bildirən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib ki, bu işlərin başında fəaliyyəti dayandırılmış Mİlli Təhlükəsizlik Nazirliyinin sabiq rəhbəri Eldar Mahmudov dayanırdı:

“O və yaxın ətrafı dövlət çevrilişinə cəhd edirdi. Bu, böyük bir “çete”nin planı idi. Bu gün də həmin təhlükə gözlənilir və təhlükə daha da dərinləşib. Hakimiyyətdəki məmurların əksəriyyəti ölkə prezidenti cənab İlham Əliyevə hər an xəyanət etməyə hazırdılar. Bilirlər ki, onların da yığdıqları milyardlar nə vaxtsa əllərindən alınacaq.”

Təşkilat sədrinin sözlərinə görə, E.Mahmudovu dəstəkləyən müəyyən xarici dairələr var: “Həmin dairələr daha da aktivləşiblər. Çünki bilirlər ki, xalqın vəziyyəti ağırdır, ölkədə məmur təbəqəsi tapşırıqları icra etmir, kosmetik işlərlə və baş qatmaqla məşğuldurlar. Yəni həmin qara qüvvələr üçün fürsət yaranıb. Fikir verin, E.Mahmudov içəridə deyil ki. Azadlıqda sərbəst gəzir. Telefonu əlinə alıb, istədiyi adamla danışır və istədiyi əməliyyatın sifarişini verir. E.Mahmudov daha da aqressivləşib. Ölkədə vəziyyəti gərginləşdirməyə çalışır. Bu baxımdan hesab edirəm ki, Azərbaycanda dövlət çevrilişi hər an baş tuta bilər. Onlar artıq hakimiyyətə gətirəcəkləri adamın kimliyini də dəqiqləşdiriblər. Ölkədəki məmur təbəqəsinin hesabına buna qismən də olsa nail olublar. Amma heç vaxt imkan verməyəcəyik ki, belə cəhdlər olsun. Biz də çalışırıq. Azərbaycanda sağlam düşüncə qalib gələcək. Narahat olmayın yaxın günlərdə hökuməti buraxmaqla, indiki məmur təbəqəsinin əlindəki milyardları əllərindən almaqla istəyimizə nail olacağıq”.

AİM.Az

 

Həmçinin oxuyun

Silah-sursat anbarının tikintisi ilə bağlı qalmaqal: 11 il həbs və 10 milyonluq əmlak müsadirəsi

Müdafiə Nazirliyinin sifarişiylə silah-sursat anbarının tikintisini öhdəsinə götürmüş “Bina Tikinti Kompaniyası” MMC-nin rəhbəri Üzeyir Həsənova 11 …

Bir cavab yazın