Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Azərbaycanlı Türkiyədə “Range Rover”i kirayə götürüb İraqa qaçırmaq istədi, yaxalandı

Azərbaycanlı Türkiyədə “Range Rover”i kirayə götürüb İraqa qaçırmaq istədi, yaxalandı

Türkiyədə 32 yaşlı Azərbaycan əsilli Gürcüstan vətəndaşı H.İ. 550 min lirəlik avtomobil oğurluğuna görə saxlanılıb. Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə iki həftə əvvəl Beşiktaş bölgəsində baş verib.

Azərbaycanlı H.İ. türk A.Y. ilə birlikdə avtomobil kirayələmək üçün kirayə şirkətinə müraciət edib. 550 min lirə dəyərində “Range Rover”i 5 günlük kirayələsə də, sonra içərisində GPS cihazını söküb.

Avtomobili kirayələdiyi müddətin keçdiyini və onun yerini təyin edən cihazla əlaqənin itdiyini görən şirkət rəhbərliyi polisə müraciət edib. Məlum olub ki, maşını kirayə götürən şəxslər onu Şırnak vilayətinin Silopi bölgəsinə gətiriblər. Burada isə onu İraqa keçirmək üçün 500 dollar qarşılığında A.K. adlı şəxsə təslim ediblər. O, avtomobilə saxta nömrə taxılaraq İraqın Duhok bölgəsinə keçirmək üçün sərhəddə beş gün növbəyə dayanıb.

Avtomobil kirayə mərkəzinin sahibi Sinan Dəmirin polisə müraciəti əsasında əməliyyat başladılıb və polis Şırnakın Uludərə ərazisində sərhəddən keçmək istəyərkən avtomobili saxlayıb. Maşını sərhəddən keçirmək istəyən şəxsdən başqa daha 3 nəfər saxlanılıb. Polisdə ifadə verdikdən sonra təqsirkarlar məhkəməyə qədər sərbəst buraxılıblar. Cip isə sahibinə təslim edilib.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …