Şənbə , Aprel 27 2024
Ana səhifə / Kriminal / Azərbaycanlı qadınları Antaliyaya aparan şəxslə bağlı qərar verildi

Azərbaycanlı qadınları Antaliyaya aparan şəxslə bağlı qərar verildi

Bakı Apellyasiya Məhkəməsində Azərbaycandan qadınları Türkiyənin Antaliya şəhərinə apararaq onları cinsi istismara məruz qoymaqda ittiham olunan Ülviyyə Həsənovanın barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

Hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirlən porsesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

Qeyd: Ülviyyə Həsənova İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən ötən il iyunun 23-də saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 144-1.2.1-ci (iki və ya daha çox şəxs barəsində insan alveri törətmək) maddəsi ilə ittiham irəli sürülüb və Nərimanov rayon məhkəməsi tərəfindən 2 aylıq həbs qətimkan tədbiri seçilib.

İttihama görə, o, tanışları Aliyə Qurbanova və Səmayə Muradovanı (ad və soyadlar dəyişdirilib-red.) aldadaraq onları Türkiyədə yüksək maaşla işə düzəldəcəyini vəd edib. Həmin qadınları 2016-cı ilin payızında Türkiyənin Antaliya şəhərinə aparıb və əvvəlcədən kirayə tutduğu mənzildə yerləşdirib. Daha sonra hər iki qadını müxtəlif şəxslərlə pul müqabilində görüşdürərək onları cinsi istismara məruz qoyub.

Təqsirləndirilən Ülviyyə Həsənova ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. O, ifadəsində Biləsuvar rayonunda kafedə işlədiyi vaxtlar Rəhilə adlı qadınla tanış olduğunu deyib.

Aldıqları məvacib onları qane etmədiyindən Türkiyəyə gedərək fahişəliklə məşğul olmaq qərarına gəliblər.

“Rəhilə mənim telefonumdan Türkiyədəki tanışına görüntülü zəng vurub oraya gəlmək istədiyini dedi. Bir müddət sonra mən Bakıya gəlmişdim. Türkiyədən mənə zəng vuran tanışım dedi ki, burada yaxşı işləyib pul qazanmaq olar. Bu barədə Rəhiləyə heç nə demədim. Özüm təyyarəyə bileti alıb Antaliyaya, oradan da taksi ilə Finikiya rayonuna getdim. Orada məni tanışım Osman qarşıladı, kirayə tutduğu evə apardı”, – o ifadəsində deyib.

Ülviyyənin ifadəsinə görə, Osmanın kirayə tutduğu evdə ondan başqa bir neçə azərbaycanlı qadın olub. Həmin evdə digər qadınlarla birlikdə kişi müştərilərə intim xidmət göstəriblər. Ən qəribəsi odur ki, Osman pul müqabilində müştərilərlə görüşdürdüyü Ülviyyə ilə bir müddət sonra özü qeyri-rəsmi münasibət qurub və ona ayrıca ev tutub, birlikdə yaşayıblar. Özü isə “Serpil” ləqəbli türk qadınla birgə qadınları faişəliyə cəlb etməklə məşğul olub.

“Nə Aliyəni, nə də Səmayəni fahişəliyə cəlb etməmişəm. Onları Osmanın kirayə tutduğu evdə tanımışam. Hər ikisi Osmanın nəzarəti altında müştərilərə xidmət ediblər. Onları bu işə mən məcbur etməmişəm. Mən özüm Osman tərəfindən cinsi istismara məruz qalmışam. Sonradan Səmayə türk vətəndaşı ilə evlənib Osmanın yanından getdi”- Ülviyyə Həsənova ifadəsində belə deyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ülviyyə Həsənova 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Bu hökmdən qadın narazı qalıb və apellyasiya şikayəti verib.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …