Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Azərbaycanlı evində uşaqlarının yanında güllələndi – ABŞ-da (FOTO)

Azərbaycanlı evində uşaqlarının yanında güllələndi – ABŞ-da (FOTO)

ABŞ-ın Pensilvaniya ştatındakı Vayomissinq şəhərində 37 yaşlı azərbaycanlı Nail Salamov evində güllələnib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, polisdən bildirilib ki, hadisə dünən gecə, təxminən, saat 22:00 radələrində baş verib. Belə ki, evinə girməyə çalışan iki nəfərə mane olmaq istərkən güllələnib. Hücum edənlərdən biri N.Salamova bibər qazı fışqırdıb, ikinci isə hadisə yerindən qaçmazdan əvvəl atəş açıb. N.Salamov aldığı güllə yarasından bir neçə saat sonra xəstəxanada keçinib. Onun iki uşağı var idi. Evə basqın və törədilən cinayət zamanı uşaqlar evdə, yan otaqda olublar.

Yerli polis rəhbəri N.Salamovun qəsdən öldürüldüyünü düşünür.

Qeyd olunur ki, öldürülən azərbaycanlı heç bir kriminal keçmişə malik olmayıb, bir neçə işdə, o cümlədən yerli banklardan birində işləyib. 

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …