Şənbə , Aprel 27 2024
Ana səhifə / Kriminal / Azərbaycanda vəzifəli şəxsə cinayət işi AÇILDI

Azərbaycanda vəzifəli şəxsə cinayət işi AÇILDI

Azərbaycanda bələdiyyə sədrinə cinayət işi açılıb.

Musavat.com Lent.az-a istinadla xəbər verir ki, Lənkəran rayonu, Göyşaban bələdiyyəsinin sədri Abdulla Fətdayev vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 309.1-ci (Vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) maddəsilə ittiham elan olunub.

Cinayət işinə Lənkəran rayon Məhkəməsində baxılacaq.

Qeyd edək ki, həmin maddəyə görə şəxs, iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …