Cümə axşamı , May 2 2024
Ana səhifə / Kriminal / Azərbaycanda fond bazarı niyə çökür?

Azərbaycanda fond bazarı niyə çökür?

Bu ilin 9 ayında Bakı Fond Birjasında səhm və korporativ istiqraz bazarının dövriyyəsi (80 milyon manat) əvvəlki illə müqayisədə 21 dəfə geriləyib.

Risk edən investorlar geri çəkilib

Səhmlərin birja vasitəsilə yerləşdirilməsi 6 dəfəyədək azalıb. İl başlanandan sirkətlərin kapital artımı cəmi 24,6 milyon manatdır. Bu məbləğə səhmlərin nominal qiymətini yüksəltmək hesabına kapital artımı daxil deyil. Ötən il yeni qiymətli kağızlar buraxılmaqla bir neçə şirkətin kapital artımına 109 investor vəsait yatırmışdısa, bu il cəmi 15 investor öz kapitalını riskə atıb.

Səhmlərin təkrar bazarında isə ticarətin həcmi 4 dəfə azalıb və 2,2 milyon manat civarında olub. Səhm alış-verişi üzrə bağlanan müqavilələrin sayı da 2 min 600-dən 1500-ə düşüb.

Səhm bazarının alternativ «gizli» kanalı

Mütəxəssislər deyirlər ki, səhmdar şirkətlərin kapitalındakı paylarla ticarətin əsas hissəsi birja üzərindən yox, birjadan yan keçməklə aparılır. Səbəb – iri səhm zərfləri ilə ticarətin birjada nağd qaydada aparılmasına olan məcburi tələbdir. Yəni, ticarət əqdinin birja vasitəsilə aparılması üçün alıcının satıcıya ödəyəcəyi vəsait bank hesabından köçürülməlidir. Bu üzdən, alan da, satan da pulu rahatlıqla ötürmək və əldə etmək üçün ticarəti birja vasitəsilə aparmaqdan yayınır. Ötən il bu səbəbdən təxminən 370 milyon manatlıq səhm birjadan yan keçib.

İnvestisiya şirkətlərindən birində AzadlıqRadiosu-na deyiblər ki, birjadankənar ticarət onların maliyyə durumuna mənfi təsir göstərmir, əksinə, daha çox qazandırır. Bu işin qapalı aparılmasından yalnız bazara maraq göstərən investorlar itirirlər. Məsələ burasındadır ki, birjadankənar ticarətdə alınıb-satılan səhmlərin hansı şirkətə aid olduğu artıq 2012-ci ildən ictimaiyyətə açıqlanmır. Kiçik pay sahibləri çox vaxt səhmdar şirkətlərə yeni iri səhmdarların gəlişindən ümumi yığıncaqlarda xəbər tuturlar.

Yeni qanunvericilik aktı da («Qiymətli kağızlar bazarı haqqında» Qanun) birjadankənar əqdlərə dair məlumatın açıqlanmasını sonadək çözmür.

İstiqraz bazarında Maliyyə Nazirliyi faktoru

İstiqrazlara gəlincə, ən fəal emitent – İpoteka Fondu bu il, hələ ki, istiqraz yerləşdirməyə başlamayıb. Özəl şirkətlər də fəallıq baxımından borc bazarında elə də seçilməyiblər. İlin əvvəlindən manat və dollar nominalı ilə buraxılan korporativ istiqrazların yerləşdirilməsindən şirkətlər 8,8 milyon manat borc cəlb ediblər.

Dövlət qiymətli kağızları seqmentində tək oyunçu olan Maliyyə Nazirliyi bu ildən qısamüddətli istiqrazların (DQİ) yerləşdirilməsinə girişib. Doqquz ayda hökumət 380,1 milyon manatlıq istiqraz yerləşdirib. DQİ-lərin ikinci bazarında da 100 milyon manatlıq artım var.

Ümumilikdə, pay və borc bazarında birja üzərindən aparılan ticarətin həcmi 460 milyon manat olub. Bu ötən ildəkindən təxminən 1,3 milyard manat azdır.

Həmçinin oxuyun

“Hansı şirkətlərlə işləmək, müqavilə məbləğlərini Zakir Həsənov və Nəcməddin Sadıxov müəyyənləşdirirdi”

Polkovnik: “4 il ərzində “Azersun Holding”dən 19.5 milyon manat geri alınıb” Müdafiə Nazirliyində 143 milyon …

Bir cavab yazın