Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Azərbaycanda DƏHŞƏT: 4 uşaq anası özünü öldürdü

Azərbaycanda DƏHŞƏT: 4 uşaq anası özünü öldürdü

Bərdə rayonunda 4 uşaq anası intihar edib.

Azinforum.az  “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Seyidyusifli kəndində baş verib.

Belə ki, 1973-cu il təvəllüdlü Ərəbova Şəraitə Dadaş qızı şirkə turşusu içərək özünü öldürüb.

Yerli sakinlərin verdiyi məlumata görə, Ş Ərəbova Bakı şəhər sakinidir. Ağdərə rayon sakini ilə ailə həyatı quraraq Seyidyusifli kəndində yaşayır. Dörd uşaq anası olan qadının həyat yoldaşı xəstə olduğundan psixoloji sarsıntılar keçirib. Bu səbəbdən də 46 yaşlı qadın intihar edib. Qadın Bakı şəhərində yerləşən xəstəxanaların birinə çatdırılsada həkimlər onun həyatını xilas edə bilməyib.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …