Şənbə , Aprel 27 2024
Ana səhifə / Kriminal / Azərbaycana qaçaqmalçılıq yolu ilə külli miqdarda nərə balığı gətirmək istədilər

Azərbaycana qaçaqmalçılıq yolu ilə külli miqdarda nərə balığı gətirmək istədilər

Bakı Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda nərə cinsli balığın qanunsuz yolla ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.

Bu barədə virtualaz.org-a Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Bakı Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarina qarşi mübarizə şöbəsinə Qazaxıstanın Aktau limanından Bakı şəhərinə “Merkuri-1” gəmisi ilə boş vəziyyətdə qayıdan Azərbaycan vətəndaşı Məmmədov Ramin Telman oğlunun idarə etdiyi 99-LF-021/05-ZA-006 nömrə nişanlı “KamAZ” markalı yük nəqliyyat vasitəsində qaçaqmalçılıq yolu ilə nərə cinsli balıq yükünün gətirilməsi barədə əməliyyat məlumatı daxil olub.

Məlumat əsasında həmin nəqliyyat vasitəsinə Beynəlxalq Dəniz Ticarət Limanında gömrük baxışı keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin yük yerində aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə gizlədilən, içərisində dəniz suyu olan sellofana bükülmüş vəziyyətdə – ümumi çəkisi 1 ton 408 kq olan (496 ədəd) nərə cinsli balıq və 1 ədəd üzərində “Yamaha Enduro 15” yazısı olan kater mühərriki aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …