Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Azərbaycan sürətlə borclanır: 20 milyard manat

Azərbaycan sürətlə borclanır: 20 milyard manat

Beynəlxalq reytinq agentliyi “Fitch” bildirir ki, Azərbaycanın rəsmi dövlət borcu 2016-cı ilin sonuna ÜDM-nin 22.5 faizi olub.

Cebhe.info-nun məlumatına görə, iqtisadçı Rövşən Ağayev “Fitch”in yalnız hökumətin xarici borclarını nəzərdə tutduğunu deyib:

“Lakin son dövrlər hökumətin daxili borcları da sürətlə artır və hazırda məcmu dövlət borclarının ÜDM-də payı 35 faizə çatır. Manat ifadəsində xarici borclar 13 milyard manat, daxili borclar 7.5 milyard manata çatır. Hələ nəzərə alaq ki, dövlət sektorunun hökumət zəmanəti ilə almadığı borclar dövlət borcu statistikasına daxil edilmir.

Beynəlxalq Valyuta Fondunun (BVF) kriteriyası baxımından gerçəkdən də dövlət borcunun hazırki səviyyəsi riskli nöqtəyə çatmayıb. Amma borclanmanın sürəti həddən artıq yüksəkdir. Məsələn, son 2 ildə daxili borcun ÜDM-də payı 2-3 faizdən 12 faizədək yüksəlib. Məlumat üçün deyim ki, BVF-nin meyarına görə, dövlət borcunun yolverilən maksimum (risksiz) həddi inkişaf etmiş ölkələr üçün ÜDM-nin 60 faizi, inkişaf etməkdə olan və aşağı gəlirli ölkələr üçün 40 faiz səviyyəsində tövsiyə olunur”.

Həmçinin oxuyun

Özünü ölü kimi təqdim edən şirkət direktoruna 8 il cəza verildi

Avtomobilinə heyvan sümükləri yığıb yandıraraq, özünü yanğın zamanı maşında ölmüş kimi təqdim edən Rafət Qəniyevin …

Bir cavab yazın