Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Azərbaycanla Avropa İttifaqı arasında ticarət dövriyyəsi 36 faiz azalıb

Azərbaycanla Avropa İttifaqı arasında ticarət dövriyyəsi 36 faiz azalıb

Azərbaycanla Avropa İttifaqı ölkələri arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 4 mlrd. 908,3 mln. dollar və ya 35,6% azalaraq cari ilin yanvar-noyabr ayları ərzində 8 mlrd. 892,5 mln. dollar təşkil edib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu müddətdə ixrac 42,7% azalaraq 6 mlrd. 336,8 mln. dollar, idxal 6,75% azalaraq 2 mlrd. 555,7 mln. dollar olub.

Qeyd edək ki, cari ilin 11 ayı ərzində Azərbaycan 162 ölkə ilə 18 mlrd. 815,4 mln. dollar həcmində ticarət əməliyyatı həyata keçirib. Bu da illik müqayisədə 34,73% azalma deməkdir. Ticarət əməliyyatlarının 8 mlrd. 196,2 mln. dollarını idxal, 10 mlrd. 619,2 mln. dollarını ixrac əməliyyatları təşkil edib.

Beləliklə, hesabata əsasən, ölkə üzrə cəmi ixracın 59,67%-i, idxalın isə 31,18%-i Avropa İttifaqı ölkələrinin payına düşüb.

Həmçinin oxuyun

Özünü ölü kimi təqdim edən şirkət direktoruna 8 il cəza verildi

Avtomobilinə heyvan sümükləri yığıb yandıraraq, özünü yanğın zamanı maşında ölmüş kimi təqdim edən Rafət Qəniyevin …

Bir cavab yazın