Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Azərbaycanda daha bir neçə bank bağlanacaq – DEPUTAT

Azərbaycanda daha bir neçə bank bağlanacaq – DEPUTAT

Yaxın günlərdə Azərbaycanda fəaliyyət göstərən daha bir neçə bank öz fəaliyyətini dayandıracaq.

Bu barədə AzNews.az-a Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü, deputat Vahid Əhmədov məlumat verib. Onun sözlərinə görə, bankların bağlanması gözlənilən idi:

“Maliiyyə bazarının nəzarət palatası bankların diaqnostikasını aparır və banklarda yaranmış vəziyyətlə bağlı müəyyən qərar qəbul edirlər. Bir vaxt Azərbaycanda 43 bank vardı. Hazırda isə bu rəqəm 33-ə enib. İndi bu rəqəmin daha da azalması, yəni bankların müəyyən hissəsinin bağlanması gözlənilir.”

Vahid Əhmədov qeyd edib ki, o, bankların bağlanmasının deyil, daha çox birləşməsinin tərəfdarıdır:

“Amma indki vəziyyətdə əlbəttə ki, banklar xaricdən maliyyə yardımı ala, daxildə öz proseslərini qura bilmirlər.”

Hansı bankların bağlanması ilə bağlı məsələyə gəlincə, deputat bu barədə danışmağın çətin olduğunu vurğulayıb.

Həmçinin oxuyun

Özünü ölü kimi təqdim edən şirkət direktoruna 8 il cəza verildi

Avtomobilinə heyvan sümükləri yığıb yandıraraq, özünü yanğın zamanı maşında ölmüş kimi təqdim edən Rafət Qəniyevin …

Bir cavab yazın