Şənbə , Aprel 27 2024
Ana səhifə / Kriminal / Aygün Bəylərin qardaşına 14 il 9 ay HƏBS TƏLƏBİ

Aygün Bəylərin qardaşına 14 il 9 ay HƏBS TƏLƏBİ

Əməkdar artist Aygün Bəylərin qətl törədən qardaşı Abbas Hümmətov və onunla ittiham olunan Elnur Alxasov, Fuad Məmmədzadə, Cavid Alxasov, Ramil Əsirov və Elnur Əsirovun cinayət işi üzrə məhkəmə davam edib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi keçirilən prosesdə prosesdə təqsirləndirilən Fuad Məmmədzadə ilə bağlı təyin edilmiş stasionar ekspertizanın rəyi elan olunub.
Rəyə əsasən, F.Məmmədzadənin vərəm xəstəliyi öz təsdiqini tapsa da, onun məhkəmə iclaslarında qoruyucu maskadan istifadə etməklə iştirak etməsinin mümkün olduğu qənaətinə gəlinib.
Prosesdə dövlət ittihamçısı yenidən çıxış edib. O bildirib ki, cinayət hadisəsi 2013-cü ildə baş verdiyindən həmin dövr üçün qüvvədə olan Cinayət Məcəlləsinə uyğun cəza təyin olunmalıdır. O, çıxışında əməkdar artist Aygün Bəylərin qardaşı A.Hümmətovun 14 il 9 ay, F. Məmmədzadənin 15 il, R. Əsirovun 15 il, E. Alxasovun 15 il, E. Əsirovun 14 il 9 ay və C.Alxasovun isə 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.
Məhkəmə fevralın 2-də təyin edilib.
Qeyd edək ki, dəstə üzvləri 2013-cü ilin fevral-mart aylarında Xəzər rayonu, Qala qəsəbəsi, Yeni yaşayış massivində yerləşən evdə narkotik vasitə əkib, pul qazanmaq barədə razılığa gəliblər. Bu məqsədlə Fuad Məmmədzadə internet vasitəsi ilə Hollandiya və İngiltərədən 350 avro dəyərində marixuana toxumlarını əldə etdikdən sonra 25 ədəd dibçək və torf alaraq Abbas Hümmətovun idarə etdiyi “VAZ-210” markalı avtomobillə Cavid Alxazovun Qala qəsəbəsində yerləşən evinə gətiriblər. Təxminən iki ay sonra onların narkotik vasitələri əkib-becərməsi barədə Elnur Hümmətovun hüquq-mühafizə orqanlarına məlumat verməyindən şübhələniblər. Bu məqsədlə son zamanlar onlardan kənar gəzən Elnur Hümmətovu axtarmağa başlayıblar. Mayın 21-də onlar Elnur Hümmətovu taparaq narkotik vasitələri əkdikləri evə gətirib orada saxlayıblar. Ertəsi gün Elnurun qaçmağa cəhd etdiyini görən dəstə üzvləri onu öldürmək qərarına gəliblər. Onlar Elnur Hümmətovu boğaraq öldürüb, sonra quyu qazaraq meyitini orada basdırıblar. Quyunun üstü açılmasın deyə ora beton da töküblər. Dəstə üzvləri həmin ilin iyul-avqust aylarında yetişdirdikləri 40 kiloqram marixuananı qurudaraq 15 min manata satıblar. Elnur Hümmətov 2013-cü ilin iyunun 16-dan polisdə itkin düşmüş kimi axtarışda olub. 2016-cı ilin avqustun 30-da Suraxanı rayon Polis İdarəsi və rayon prokurorluğunun həyata keçirdiyi əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində Elnur Hümmətovun qətlə yetirildiyi müəyyən edilib. Hadisə yerinə birgə baxış keçirilib və Elnur Hümmətovun meyitinin qalıqları basdırıldığı yerdən eskumasiya olunub. Xatırladaq ki, tutulan şəxslərdən Abbas Hümmətov əməkdar artist Aygün Bəylərin qardaşı, qətlə yetirilən şəxs isə əmisi nəvəsidir.(lent.az)

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …