Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Avtomobil bazarında ciddi dəyişiklik – Ekspert

Avtomobil bazarında ciddi dəyişiklik – Ekspert

Tarif Şurasının benzinin qiyməti ilə bağlı yeni qərarı avtomobil bazarına ciddi təsir göstərəcək.

Bu barədə Teleqraf.com-a “Vip escort motors”-un baş direktoru və təsisçisi Rəşad Quliyev deyib.

Onun sözlərinə görə, dizel mühərrikli avtomobillərin qiyməti bazarda sürətlə artacaq: “Bu isə iri həcmli benzin mühərrikli avtomobillərin qiymətinin kəskin aşağı düşəcəyi deməkdir. Təbii ki, bu proses ölkəyə idxaldan da yan keçməyəcək”.

Rəşad Quliyev qeyd edib ki, yaxın günlərdə əhalinin iqtisadi durumunu nəzərə alaraq, avtomobil idxalçılarının ölkəyə kiçik motorlu, qənaətcil (ekonomik) avtomobillərin gətirməsi gözlənilir.

Həmçinin oxuyun

Özünü ölü kimi təqdim edən şirkət direktoruna 8 il cəza verildi

Avtomobilinə heyvan sümükləri yığıb yandıraraq, özünü yanğın zamanı maşında ölmüş kimi təqdim edən Rafət Qəniyevin …

Bir cavab yazın