Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Ata Abdullayev, Vüqar Səfərli və Vilyam Hacıyevi nə birləşdirir?

Ata Abdullayev, Vüqar Səfərli və Vilyam Hacıyevi nə birləşdirir?

Məşhur arestantlardan xəbər var.

Bloger Ata Abdullayev, KİVDF-nin sabiq rəhbəri Vüqar Səfərli və İmişli rayonunun sabiq icra başçısı Vilyam Hacıyev cəzalarını 17 saylı cəzaçəkmə müəssisəsində çəkirlər. Ötən həftənin cümə günü qeyd olunan CÇM-də monitorinq aparan Ədliyyə Nazirliyinin İctimai komitəsinin üzvləri onları ziyarət ediblər.

Musavat.com-a açıqlama verən komitə üzvü, hüquq müdafiəçisi Çingiz Qənizadə müxbirimizə bildirib ki, onların saxlanma şəraiti və sağlıq durumları yaxşıdır, bununla bağlı şikayətləri yoxdur. Ç.Qənizadə həm Vilyam Hacıyevlə, həm də digər dustaqlarla görüşərək, onları dinləyib.

Monitorinqdə İctimai komitənin digər üzvləri Səadət Bənənyarlı və Əhməd Abdullabəyli də iştirak ediblər.

Həmçinin oxuyun

Özünü ölü kimi təqdim edən şirkət direktoruna 8 il cəza verildi

Avtomobilinə heyvan sümükləri yığıb yandıraraq, özünü yanğın zamanı maşında ölmüş kimi təqdim edən Rafət Qəniyevin …